UEFA növbəti dəfə "Qarabağ"la bağlı paylaşım edib

25-12-2021, 10:35

UEFA növbəti dəfə "Qarabağ"la bağlı paylaşım edib

UEFA Konfrans Liqasının rəsmi tviter hesabı növbəti dəfə "Qarabağ" klubu haqqında paylaşım edib.

Ordum.az-ın məlumatına görə, postda "Qarabağ" üçün oynayan sevdiyiniz futbolçu kimdir" sualı ünvanlanıb.

Sorğuda iştirak edənlərin əksəriyyəti Abdullah Zubiri fərqləndirib. Bundan əlavə, şərhlərdə komandanın sabiq oyunçularının adları da yazılıb.

Qeyd edək ki, H qrupunu ikinci pillədə başa vurmuş "Qarabağ" pley-off mərhələsində Fransa "Marsel"inə rəqib olub. "Köhlən atlar" ilk oyununu 2022-ci il fevralın 17-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.




Facebook'da Paylaş