“Traxtur” komandası “Pədidə” ilə qarşılaşacaq – Məşhəddə

6-09-2017, 11:02


 Ordum.az GünAz TV - yə istinadən xəbər verir ki, Təbrizin “Traxtur” futbol komandası İran kubokunun 1/16 mərhələsində Məşhədin “Pədidə” komandası ilə qarşılaşacaq.
 
Bu məqsədlə Məşhədə səfər edən komanda sentyabrın 7-də “Pədidə”nin qonağı olacaq.
 
Oyun yerli vaxtla saat 18:15-də “Samin-ul Əemmə” stadionunda başlayacaq.
 
“Traxtur”-“Pədidə” görüşünü GünAz TV ekranından canlı olaraq izləyə bilərsiniz.
 
Mətbuatda yayılan məlumata görə, “Traxtur” oyunçuları Sina Eşvəri və Arif Ağası ötən görüşlərdə aldıqları zədəyə görə Məşhəddə keçiriləcək oyuna qatılmayacaqlar. “Neft” komandası ilə görüşdə xəsarət alan Məhəmməd Nurinin isə artıq məşqlərə qatıldığı və sağaldığı bildirilir. O, Texniki Heyəti razılıq verəcəyi təqdirdə “Pədidə” ilə görüşdə iştirak edəcək.




Facebook'da Paylaş