Həlak olan hərbçilərin ailə üzvləri mənzillə təmin olunacaqlar
Azərbaycanda həlak olmuş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinə dair tələblər müəyyənləşir.
Ordum.az-ın xəbərinə görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, həlak olmuş (vəfat etmiş) hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ailə üzvləri digər yaşayış sahəsi verilmədən yaşadıqları yaşayış sahələrindən, eləcə də yaşayış sahəsini almağa və ya yaşayış şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəxslərin uçotundan çıxarıla bilməzlər və onların müvafiq icra hakimiyyəti orqanının müəyyət etdiyi orqanın müəyyən etdiyi qaydada xüsusi mülkiyyətdə olan yaşayış sahəsi almaq hüququ var.
Həlak olmuş (vəfat etmiş) hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ailə üzvlərinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə kirayəyə götürülmüş sahəsindən istifadə haqqına görə pul kompensasiyasını almaq hüququ vardır. Bu kompensasiya məbləğinin müəyyən edilməsində hərbi qulluqçu həlak olduqdan (vəfat etdikdən) sonra onun həmin nikahdan doğulmuş uşaqları da nəzərə alınır.
Həlak olmuş (vəfat etmiş) hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ailə üzvlərinin hərbi tibb müəssisələrində və digər müəssisələrdə güzəştli şərtlərlə tibbi təminat, sanatoriya-kurort müalicəsi və istirahət hüququ saxlanılır.
Yuxarıda göstərilən maddələr özü tərəfindən qəsdən törədilmiş cinayət, yaxud narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində vəfat edən hərbi qulluqçuların ailə üzvlərinə şamil edilmir.
Facebook'da Paylaş