Almaniya 35 ədəd “F-35” almaq üçün 10,5 milyard dollar ayıracaq

5-12-2022, 09:00

Almaniya 35 ədəd “F-35” almaq üçün 10,5 milyard dollar ayıracaq

Almaniya Amerikanın 35 ədəd beşinci nəsil “F-35” qırıcısının alınması üçün 10 milyard avro (10,5 milyard ABŞ dolları - Red) ayıracaq.

Ordum.az xəbər verir ki, bu barədə hökumətin müvafiq sənədinə əsasən “Bloomberg” məlumat yayıb.

Sənədə əsasən tədarüklər 2026-2029-cu illər üçün nəzərdə tutulub, onlar üçün pul Almaniya Silahlı Qüvvələrinin gücləndirilməsi üçün xüsusi fonddan 100 milyard avro məbləğində ayrılacaq.

Rəsmi Berlin həmçinin “hava-yer” tipli raketlər də əldə edəcək.

Noyabrın 30-da Berlin Təhlükəsizlik Konfransında çıxış edən Almaniya kansleri Olaf Şolts deyib ki, qırıcı təyyarələr ölkənin NATO-nun nüvə iştirakına töhfə verməyə davam etməsi üçün vacibdir.




Facebook'da Paylaş