ABŞ-ın ordu naziri: “İllərdir, PUA-ların müharibədəki təhlükəsinə diqqət yetiririk

27-06-2022, 09:30

ABŞ-ın ordu naziri: “İllərdir, PUA-ların müharibədəki təhlükəsinə diqqət yetiririk

ABŞ ordusu illərdir, PUA-ların xüsusən Ermənistan və Azərbaycan arasında Qarabağ müharibəsində yaratdığı təhlükəyə diqqət yetirir.

Ordum.az xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ-ın ordu naziri (quru qoşunları) Kristin Uormut deyib.

“Pilotsuz uçuş aparatları və digər avtomatlaşdırılmış sistemlər ABŞ üçün ciddi problemlər yaradır. Buna görə də biz hava və raketdən müdafiə sistemlərimizi təkmilləşdirməyi düşünürük”, - o bildirib.

ABŞ ordusunun rəsmisi qeyd edib ki, Ukrayna hərbçiləri zirehli birləşmələrə və Rusiya əsgərlərinin olduğu yerlərə zərbələr endirmək üçün mütəmadi olaraq Türkiyə istehsalı olan “Bayraktar TB2” PUA-larından istifadə edir, Rusiya qüvvələri də düşmənin cəmləşdiyi yeri müəyyən etmək və artilleriya atəşini göstərmək üçün pilotsuz uçuş aparatlarından istifadə edir.




Facebook'da Paylaş