Türkiyədə “CANiK” zenit silahları nümayiş olunacaq

3-11-2021, 17:00

Türkiyədə “CANiK” zenit silahları nümayiş olunacaq

Türkiyənin “Samsun Yurt Savunma” şirkəti “yerli və milli zenit silahı” olaraq xarakterizə edilən “CANiK M2” 12,7 mm ağır pulemyotunu nümayiş etdirəcək.

Ordum.az xəbər verir ki, pulemyot, noyabrın 10-13-də İstanbul Sərgi Mərkəzində keçiriləcək “SAHA EXPO” Müdafiə, Aerokosmik və Kosmos Sənayesi Sərgisində təqdim ediləcək.

Dünyanın bir çox ölkəsinə ixrac edilən ağır pulemyotun yeni versiyalarının hazırlanmasını davam etdirən şirkət öz işinin son mərhələsini sərgi vasitəsilə ictimaiyyətə açıqlayacaq.




Facebook'da Paylaş