Niderland Krallığının Rotterdam şəhərində fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresi (BAK), “Qərbi Azərbaycan tarixi Türk torpaqlarıdır” və “Zəngəzur hadisələri” mövzüsunda konfrans keçirmişdir. Bu haqda “Diaspornews.az”a BAK-ın mətbuat xidmətindən məlumat verilib.
Konfransa, bu ölkədə fəaliyyət göstərən Azərbaycan təşkilat və icma üzvləri, Türk, İraq türkləri cəmiyyətlərinin, Azərbaycan Diasporasının fəal üzvləri və digər qonaqlar dəvət olunmuşdurlar.
Konfrans, öz işinə şəhidlərimizin əziz xatirəsinin anımı və dövlət himninin səslənməsi ilə öz işinə başladı.
Qonaqları salamlayan BAK sədri Elsevər Məmmədov, öz çıxışında 44 Günlük ll Qarabağ Müharibəsindəki qələbəmizdən, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü məntiqli siyasətin səmərəli bəhrəsindən və vəd olunmuş Qərbi Azərvaycana qayıdış konsepsiyasının bir zaman həyata keçə biləcək perspektivlərə nəzər saldı.
Daha sonra söz BAK mətbuat xidmətinin katibi Gülnarə Əliyevaya verildi. O, Qərbi Azərbaycanın tarixi türk torpaqları olduğuna dair əsaslar gətirərək burada, həqiqətəndə, minilliklər ərzində Azərbaycan türklərinın yaşadığını digər xalqların buru sonradan gəlmə olduğunu tam sübuta yetirdi.
Sonra, BAK sədr müavini Sima Cəfərova, Zəngəzur hadisələri mövzusu və bu torpaqlarda baş vermiş hadisələrdən, erməni-haylar tərəfindən törədilən qırğınlardan, deportasiyalardan və xüsusi amansızlıqla Azərbaycan türkü, tatlara və digər millət nümayəndələrinə verdikləri işgəncə növlərindən danışdı.
Daha sonra, Zəngəzur hadisələrini əks etdirən tarixi sənədli film nümayiş etdirildi. Tədbirdə, ürək sözləri ilə Hollanda Türk Federasyon Başkanı Murat Gedikdə çıxış etdi.
Tədbirə qatılan, Qərbi Azərbaycan İcmasının üzvü, Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingiz Abdullayev öz çıxışında, Avropa ölkəsində bu cür konfransın keçirilməsinin önəmliliyini vurğuladı və belə mövzularda tədbirlərin axarlı olmasını arzuladı.
Niderland Belçika Azərbaycanlıları Koordinasiya şurasının üzvü, Ana Vətən Avropa Azərbaycanlıları Qadınları birliyinin rəhbəri Mayisə Ağamirzəyeva da ürək sözləri ilə konfransda çıxış etdi.
Qərbi Azərbaycandan qaçqınlıq həyatı yaşamış Aynur Məmmədova kiçik yaşlarında keçirdiyi dəhşətli anların təəssüratlarını qonaqlarla bölüşdü.
BAK-ın fəal üzvü, yazıçı publisist şairə, Azərbaycan Yazıçılar İttifaqının fəxri üzvü Yasəmən Qara öz şeir payı ilə ürək sözlərini ifadə etdi.
Onu qeyd etmək vacibdir ki, bu, BAK-ın bu mövzuda təşkil etdiyi üçüncü konfransdır. Konfransın moderatoru BAK-ın sözçüsü Lamiyə Babayeva idi.
Konfransdan sonra qonaqlar mövzu barədə fikir mübadiləsi və disskusiyalar etdilər.