Ərdoğan: “Yaxın günlərdə Qara dəniz vasitəsilə Ukrayna taxılının daşınmasına başlanılacaq

23-07-2022, 19:37

Ərdoğan: “Yaxın günlərdə Qara dəniz vasitəsilə Ukrayna taxılının daşınmasına başlanılacaq

Yaxın günlərdə Qara dəniz vasitəsilə Ukrayna taxılının daşınmasına başlanılacaq.

Ordum.az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısı qeyd edib ki, Ukrayna taxılının dəniz daşımaları sayəsində Türkiyə qlobal ərzaq böhranının aradan qaldırılmasına mühüm töhfə verəcək.

Türkiyə eyni zamanda Rusiya ilə Ukrayna arasında sülhün təmin olunması üçün diplomatik səylərini davam etdirəcək. Ərdoğan bir gün əvvəl İstanbulda imzalanmış taxıl dəhlizi haqqında sazişin əhəmiyyətinə diqqət çəkib.

"Dünən İstanbulda mühüm uğur əldə edildi. Ukraynanın anbarlarında saxlanılan taxılın Qara dəniz vasitəsilə ixracına dair saziş imzalanıb. Mərasimdə BMT-nin baş katibi Antoniu Quterreş iştirak edib. Diplomatik səyləri davam etdirmək əzmindəyik.

Ukrayna və Rusiya arasında sülh təmin olunana qədər müxtəlif kanallar, o cümlədən liderlər səviyyəsində apardığımız danışıqların nəticələrindən sonra tezliklə müsbət xəbərlərə ümid edirik”, - Ərdoğan bildirib.




Facebook'da Paylaş