Britaniya Rusiyanın cinayətlərini araşdırmaq üçün Ukraynaya yeni yardım paketi ayırıb

14-07-2022, 16:11

Britaniya Rusiyanın cinayətlərini araşdırmaq üçün Ukraynaya yeni yardım paketi ayırıb

Böyük Britaniya hökuməti Ukraynaya 2,5 milyon funt sterlinq yardım paketi ayırıb.

Ordum.az “Sky news”a istinadən xəbər verir ki, yeni yardım paketinin məqsədi Rusiya əsgərlərinin Ukraynadakı hərbi cinayətlərini araşdırmaqdır.

Bu maliyyə paketi Ukrayna Baş Prokurorluğuna Rusiya təcavüzü ilə bağlı cinayətlərin, xüsusən də cinsi zorakılığın araşdırılmasında yardım üçün istifadə olunacaq.

Böyük Britaniyanın Ukraynadakı səfiri Melinda Simmons deyib ki, ayrılan maliyyə yardımı hökumətə cinayətkarları məsuliyyətə cəlb etməyə kömək edəcək.

Xatırladaq ki, may ayında Avropa İttifaqı, ABŞ və Böyük Britaniya Rusiyanı Ukraynaya qarşı müharibə zamanı törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb etmək üçün səyləri əlaqələndirmək məqsədilə Məsləhətçi Qrupu yaratmışdılar.




Facebook'da Paylaş