Aİ Şurası Xorvatiyanın Avrozonaya daxil olmasını təsdiqləyib

12-07-2022, 16:53

Aİ Şurası Xorvatiyanın Avrozonaya daxil olmasını təsdiqləyib

Avropa İttifaqı (Aİ) Şurası iqtisadiyyat və maliyyə nazirləri səviyyəsində Xorvatiyanın 2023-cü il yanvarın 1-dən Avrozonaya daxil olması ilə bağlı qərarı təsdiqləyib.

Ordum.az TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

“Aİ Şurası zəruri hüquqi aktları qəbul edib. Xorvatiya Aİ-nin Avrozonaya daxil olan 20-ci ölkəsi olacaq”, - sənəddə deyilir.

Bundan əvvəl bu qərar iyunun 24-də Aİ sammitində və iyulun 5-də Avropa Parlamentində təsdiqlənmişdi.




Facebook'da Paylaş