Lapid Ərdoğana minnətdarlıq edib

11-07-2022, 12:31

Lapid Ərdoğana minnətdarlıq edib

"Türkiyə-İsrail münasibətləri Yaxın Şərqdə sabitlik üçün böyük əhəmiyyət kəsb edir"

Lapid Ərdoğana israillilərə qarşı terror aktlarının qarşısının alınmasına görə minnətdarlıq edib
İsrailin baş naziri Yair Lapid bazar günü, iyulun 10-da, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışıqları aparıb.
Bu, Lapidin hökumət başçısı seçiləndən sonra Türkiyə prezidenti ilə ilk danışığıdır. Bu barədə "Vesti" saytı məlumat yayıb.
Lapid Ərdoğanı və ölkəsinin vətəndaşlarını Qurban bayramı münasibətilə təbrik edib.
Lapid Ərdoğana Türkiyədə israillilərə qarşı terror aktlarının qarşısının alınmasında əməkdaşlığa və yardıma görə təşəkkür edib.
Öz növbəsində Türkiyə prezidenti Lapidi baş nazir vəzifəsinə başlaması münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.
Ərdoğan Lapidin 26 iyun 2022-ci ildə Ankaraya səfərini yüksək qiymətləndirib (o zaman Lapid xarici işlər naziri vəzifəsində olub).
Söhbət zamanı hər iki lider Türkiyə-İsrail münasibətlərinin Yaxın Şərqdə təhlükəsizlik, iqtisadiyyat və sabitlik üçün böyük əhəmiyyət kəsb etdiyi barədə yekdil fikrə gəlib.
Onlar Türkiyə ilə İsrail arasında aviasiya sahəsində yeni sazişi yüksək qiymətləndirib və ikitərəfli münasibətlərin bundan sonra da yaxşılaşdırılmasına ümid etdiklərini bildiriblər.




Facebook'da Paylaş