Türkiyə XİN başçısı Srebrenitsa faciəsini yad edib

11-07-2022, 11:44

Türkiyə XİN başçısı Srebrenitsa faciəsini yad edib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Srebrenitsa faciəsi ilə bağlı bağsağlığı verib.

Ordum.az xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.

“İnsanlıq tarixinin qara ləkəsi olan Srebrenitsa soyqırımının 27-ci ilində həlak olan bosniyalı qardaşlarımızı rəhmətlə anırıq. Unutmadıq! Unutmayacağıq!”, - o bildirib.

Qeyd edək ki, 1991-1995-ci illərdə keçmiş Yuqoslaviyada baş verən vətəndaş müharibəsi zamanı serb ordusu 1995-ci ilin iyulunda ən azı 8300 bosniyalı müsəlmanı Srebrenitsa şəhərində qətlə yetirib. Bu hadisə tarixə Srebrenitsa faciəsi kimi düşüb.




Facebook'da Paylaş