Almaniya kansleri: “Ukraynaya maliyyə, humanitar, silah yardımlarını davam etdirəcəyik

16-06-2022, 13:21

Almaniya kansleri: “Ukraynaya maliyyə, humanitar, silah yardımlarını davam etdirəcəyik

“Ukraynaya maliyyə, humanitar, silah yardımlarının təşkilini davam etdirəcəyik”.

Ordum.az“RBK-Ukraina”ya istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Ukrayna paytaxtı Kiyevdə bildirib.

“Biz sadəcə olaraq həmrəyliyimizi nümayiş etdirmək istəmirik. Biz əmin etmək istəyirk ki, Ukraynaya maliyyə, humanitar, silah yardımlarının təşkilini davam etdirəcəyik. Biz dəstəyi Ukraynanın müstəqilliyi uğrunda mübarizəsinə lazım olanadək davam etdirəcəyik”, - O.Şolts vuğurlayıb.

Qeyd edək ki, hazırda Almaniya kansleri O.Şolts, Fransa Prezidenti Emmnuel Makron və İtaliyanın Baş naziri Mario Draqi Ukraynada səfərdədirlər.




Facebook'da Paylaş