Türkiyə Finlandiya və İsveçdəki səfirlərini dəyişib

2-06-2022, 10:38

Türkiyə Finlandiya və İsveçdəki səfirlərini dəyişib

Türkiyənin Finlandiya və İsveçdəki səfirləri dəyişdirilib.

Ordum.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb.

Sərəncama əsasən, Türkiyənin xarici ölkələrdəki 23 səfiri geri çağırılıb, 25 diplomatik nümayəndəliyə isə yeni rəhbər təyin edilib.

Türkiyənin BMT-dəki daimi nümayəndəsi Ahmet Muhat Günün yerinə Xarici Siyasət Məsləhət Şurasının üzvü Levent Eller, Finlandiyadakı səfir Mehmet Vakur Erkulun yerinə Beynəlxalq Təbliğat və Mədəniyyət Məsələləri üzrə baş katib Deniz Çakar, İsveç Krallığındakı səfir Hakkı Emre Yuntun yerinə İkitərəfli Siyasi Məsələlər üzrə Baş Direktor Can Tezel, Moldovadakı səfir Halil Gürolun yerinə Kadrlar üzrə Baş Müdir müavini Uyqar Mustafa Sertel, Pakistan İslam Respublikasındakı səfir İhsan Mustafa Yurdakulun yerinə Mehmet Paçacı, Macaristandakı səfir Ahmet Akif Oktayın yerinə Cavidan Gülşen Karanis Ekşioğlu, Gürcüstandakı səir Fatma Ceren Yazganının yerinə Mərkəzi Asiya və Qafqaz üzrə baş direktorun müavini Ali Kaan Orbay təyin olunub.




Facebook'da Paylaş