ABŞ-ın Ankaradaki səfiri XİN-ə çağırılıb

22-05-2022, 17:52

ABŞ-ın Ankaradaki səfiri XİN-ə çağırılıb

ABŞ-ın Ankaradakı fövqəladə və səlahiyyətli səfiri Ceff Flake Türkiyənin Xarici İşlər Nazirliyinə çağrılıb.

Ordum.az Türkiyənin diplomatik qaynaqlarına istinadən xəbər verir ki, səfirə ötən gün İstanbulda keçirilən aksiyada asayişin təmin olunması istiqamətində peşə vəzifələrini yerinə yetirən Türkiyənin hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı tutarsız iddialar və zor tətbiqetmə ilə bağlı ABŞ Səfirliyinin qeyri-dəqiq informasiya yaymasının Ankaranı narahat etməsi ifadə olunub:

"ABŞ-ın ölkəmizdəki səfirinə, Birləşmiş Ştatlarda polis qüvvələrinin mülki vətəndaşlara qarşı zorakılıq halları xatırladılaraq, siyasi partiyaların keçirdiyi mitinqlərin Türkiyə demokratiyasında özünəməxsus ənənə halına gəlməsi bildirilib".

Həmçinin, Türkiyədə fikir və söz azadlıqlarının təmin olunmasında hansısa problemlərin olduğu imicini yaratmağın qəbuledilməz olduğu vurğulanıb.




Facebook'da Paylaş