BMT-də Qarabağla bağlı qapalı iclas keçirildi

30-09-2020, 11:28

BMT-də Qarabağla bağlı qapalı iclas keçirildi
Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası (TŞ) qapalı iclasda Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib.
Toplantını sentyabr ayında TŞ-nın sədr vəzifəsini həyata keçirən, Nigerin BMT-dəki daimi nümayəndəsi Abdou Abarri idarə edib.
Mülki şəxslərin itkisini və güc tətbiq edilməsini pisləyən BMT Təhlükəsizlik Şurası Azərbaycan və Ermənistanı Dağlıq Qarabağdakı münaqişəni dərhal dayandırmağa, gərginliyi azaltmağa və gecikmədən danışıqlara geri qayıtmağa çağırıb.
BMT Təhlükəsizlik Şurasının 5 daimi və 10 müvəqqəti üzvünün iştirak etdiyi qapalı iclasdan sonra açıqlanan birgə bəyanatda Dağlıq Qarabağda təmas xəttində baş verən genişmiqyaslı hərbi əməliyyatlardan narahatlıq duyulduğu bildirilib.
Həmçinin, BMT-nin Baş katibi Antonio Quterreşin münaqişənin dayandırılması və gərginliyin azaldılması ilə bağlı çağırışlarına dəstək verildiyi açıqlanıb. Təhlükəsizlik Şurası tərəflər arasındakı problemin həlli üçün Minsk qrupunu dəstəklədiyini də qeyd edib.




Facebook'da Paylaş