Zelenski Rumıniya Prezidenti ilə Ukraynadakı vəziyyəti müzakirə edib

29-03-2022, 19:54

Zelenski Rumıniya Prezidenti ilə Ukraynadakı vəziyyəti müzakirə edib

Rumıniya Prezidenti Klaus Yohannis və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
Ordum.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rumıniya Prezidenti tviter səhifəsində yazıb.

“Prezident Zelenski ilə Ukraynadakı gərgin vəziyyəti müzakirə etdik. Biz Rumıniyaya gələn hər bir Ukrayna vətəndaşının qayğısına qalmaqda davam edirik”, - o yazıb.

Yohannis əlavə edib ki, Rumıniya və Aİ ölkələrindən göndərilən yardımla dolu 125 yük maşını, həmçinin təcili yardım və yanğınsöndürmə maşınları Rumıniya ərazisindən keçməklə Ukraynaya yola salınıb.




Facebook'da Paylaş