BMT: Ukraynada humanitar dəhlizlərlə bağlı danışıqlarda irəliləyiş var

19-03-2022, 09:00

BMT: Ukraynada humanitar dəhlizlərlə bağlı danışıqlarda irəliləyiş var

BMT Ukraynada təxliyə dəhlizləri və humanitar yardımın çatdırılması marşrutları üzrə danışıqlarda irəliləyiş olduğunu qeyd edir.

Ordum.az xəbər verir ki, bunu BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik keçirdiyi brifinqdə bildirib.

"Rusiya Müdafiə Nazirliyinin nümayəndələri ilə qarşılıqlı əlaqələri gücləndiririk. Konkret humanitar məsələlər, o cümlədən dəhlizlər və təchizat marşrutları üzrə müzakirələrdə irəliləyiş var. Əsasən köməyə ən çox ehtiyacı olan bölgələrə doğru irəliləyirik”, - Düjarrik deyib.




Facebook'da Paylaş