Ukrayna Ali Radası hərbi vəziyyətin müddətini daha 30 gün uzadıb

15-03-2022, 19:11

Ukrayna Ali Radası hərbi vəziyyətin müddətini daha 30 gün uzadıb

Ukrayna Ali Radası Rusiya ilə hərbi əməliyyatların davam etməsi səbəbindən hərbi vəziyyətin müddətini daha 30 gün uzadıb.

Ordum.az bu barədə UNİAN-a istinadən xəbər verir.

Beləliklə, martın 26-da başa çatan hərbi vəziyyət aprelin 25-dək uzadılıb.

Ukraynada 30 günlük hərbi vəziyyət fevralın 24-də Rusiyanın hərbi müdaxiləsindən sonra tətbiq edilib.




Facebook'da Paylaş