Britaniyanın Baş naziri Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırıb

7-03-2022, 18:10

Britaniyanın Baş naziri Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırıb

Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə, o cümlədən bankların fəaliyyəti və ya onların SWIFT sisteminə çıxışının məhdudlaşdırılması sahəsində məhdudiyyətlərin artırılmasına dair çağırış edib.

Bu barədə Ordum.az TASS-a istinadən xəbər verir.

“Etiraf etməliyik ki, sanksiyalarla bağlı daha çox iş görməliyik. Biz daha çox şey edə bilərik və bunu etməliyik”, - o, bazar ertəsi “Sky News” telekanalının efirində deyib.

“Dünya SWIFT, bankçılıq sahəsində daha çox şey edə bilər, fiziki şəxslərə qarşı sanksiyaların genişləndirilməsi üçün daha çox iş görülməlidir”, - B.Conson söyləyib.




Facebook'da Paylaş