Türkiyə XİN başçısının müavini Azərbaycan səfiri ilə regiondakı vəziyyəti müzakirə edib

20-01-2022, 13:37

Türkiyə XİN başçısının müavini Azərbaycan səfiri ilə regiondakı vəziyyəti müzakirə edib

Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran Azərbaycanın bu ölkədəki səfiri Rəşad Məmmədovla görüşüb.

Ordum.az xəbər verir ki, bunu nazir müavini tviter səhifəsində yazıb.

Onun sözlərinə görə, görüşdə cari regional proseslər və ikitərəfli əlaqələrin hazırkı vəziyyəti müzakirə olunub.

“Həmçinin müstəqillik uğrunda canlarını fəda etmiş 20 Yanvar şəhidlərini rəhmət və ehtiramla yad etdik”, - Yavuz Selim Kıran bildirib




Facebook'da Paylaş