Sabahdan KTMT sülhməramlılarının Qazaxıstandan çıxarılmasına başlanılır

12-01-2022, 15:21

Sabahdan KTMT sülhməramlılarının Qazaxıstandan çıxarılmasına başlanılır

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlıları sabahdan başlayaraq Qazaxıstandan çıxarılacaq.

Ordum.az-ın xəbərinə görə, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.

Dövlət başçısı bildirib ki, sülhmaramlıların ölkədən çıxarılmasına yanvarın 13-də start veriləcək.

O, ölkədə vəziyyətin sabitləşdirilməsində mühüm rol oynayan sülhməramlıların missiyasını çox uğurlu kimi qiymətləndirib:

"Təbii ki, bunun terrorçu və quldurların təcavüzünü dəf etmək üçün böyük psixoloji önəmi var idi".




Facebook'da Paylaş