Qazaxıstan Prezidenti ölkədəki böhranın səbəbini açıqlayıb

11-01-2022, 10:43

Qazaxıstan Prezidenti ölkədəki böhranın səbəbini açıqlayıb

“Qazaxıstandakı hadisələrin baş verməsinə səbəb ciddi sosial-iqtisadi problemlər və bəzi dövlət qurumlarının səmərəsizliyi, uğursuz fəaliyyəti oldu. Bunu etiraf etmək lazımdır”.

Ordum.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu fikirləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev parlamentdəki çıxışında deyib.

Qeyd edək ki, Qazaxıstandakı kütləvi etirazlar 2022-ci ilin ilk günlərindən başlayıb. Buna səbəb ölkənin qərbindəki Janaozen və Aktau şəhərlərində maye qazın qiymətinin artması olub. Sonra etirazlar digər şəhərlərə də keçib. Hakimiyyət yanvarın 19-na kimi ölkədə fövqəladə vəziyyət elan edib və antiterror əməliyyatına başlayıb.

BMT-nin məlumatına görə, Qazaxıstanda keçirilən etiraz aksiyaları zamanı 1000-ə yaxın insan xəsarət alıb.




Facebook'da Paylaş