Rusiya və Çin liderləri görüşəcək

13-12-2021, 10:43

Rusiya və Çin liderləri görüşəcək

Rusiya Prezidenti Vladimir Putinlə Çin Xalq Respublikasının sədri Si Szinpin arasında görüş olacaq.

Ordum.az TASS-a istinadən xəbər verir ki, məlumatı Çinin Xarici İşlər Nazirliyi yayıb.

Görüş dekabrın 15-də videoformatda keçiriləcək.

Liderlərin ikitərəfli əlaqələrin genişləndirilməsini, beynəlxalq vəziyyətə dair məsələləri müzakirə edəcəkləri gözlənilir.




Facebook'da Paylaş