Prezidentin köməkçisi: "Ermənistan sonda öz yalanlarının qurbanına çevrildi"

11-12-2021, 14:48

Prezidentin köməkçisi: "Ermənistan sonda öz yalanlarının qurbanına çevrildi"

Vətən müharibəsi dövründə strateji kommunikasiyanın düzgün aparılması Azərbaycanın qarşısında duran ən vacib məsələlərdən biri idi".

Ordum.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda keçirilən Beynəlxalq Strateji Kommunikasiya-"Stratcom 21" sammitinin açılış mərasimində çıxışı zamanı deyib.

O qeyd edib ki, bu dövr ərzində ermənilərin yenidən Azərbaycana qarşı başlatdığı savaşa baxmayaraq, dünyanın bir çox aparıcı media orqanının qapıları ölkəmiz üçün qapalı qalmağa davam edirdi: "Burada Azərbaycan Prezidenti dünya mediası ilə birbaşa təmas quraraq ölkəmizin apardığı strateji kommunikasiyada ön sırada oldu. 44 günlük savaş dövrü ərzində demək olar ki, hər gün dünyanın 30-dan çox aparıcı televiziya və media agentliklərinə ölkə başçımızın saatlarla davam edən müsahibələri təşkil edildi. Əsgərlərimiz meydanda sərhədi necə yardılarsa, bu da informasiya savaşında sərhədlərin yarılması demək idi. Prezidentimizin sosial media ismarıcları həm informasiyanı dünyaya çatdırır, həm də xalqımızı məlumatlandırdı".

Ermənistanın sonda öz yalanlarının qurbanına çevrildiyini bildirən Prezidentin köməkçisi həqiqətlərin dünyaya çatdırılmasının önəmli olduğunu, bu xüsusda qardaş Türkiyə ilə Azərbaycanın bütün sahələrdə olduğu kimi, informasiya və media sahəsində də çiyin-çiyinə çalışmasını xüsusi vurğulayıb




Facebook'da Paylaş