Sahibə Qafarova: "Biz müharibədən yox, sülhdən, gələcəkdən danışmaq istəyirik"

26-11-2021, 15:05

Sahibə Qafarova: "Biz müharibədən yox, sülhdən, gələcəkdən danışmaq istəyirik"

“MDB PA çərçivəsindəki əməkdaşlığımızın üzv ölkələri arasında tərəfdaşlıq üçün səmərəli mexanizm olmasını görmək sevindiricidir. Belə ki, beynəlxalq miqyasda yaradıcı imkanlara malik parlament diplomatiyasının əhəmiyyəti get-gedə daha da artır”.
Ordum.az xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova MDB Parlamentlərarası Asambleyanın 53-cü iclasında bildirib.

Onun sözlərinə görə, yeni ideyalar, layihələr, keçirilən beynəlxalq tədbirlər nəticəsində quruma olan maraq daha da artıb: "Azərbaycanda MDB ölkələri Gənclər Parlamentlərarası Asambleyasına gələn il üçün sədrliyi geniş rəğbətlə qarşılanır: “Əminəm ki, Gənclər Assambleyası əməkdaşlığımızın ümumi inkişafına gənc millət vəkillərinin töhfəsinə dəstəyini davam edəcək”.

Milli Məclisin sədri ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata da toxunub: “Ötən il noyabrın 10-da Rusiyanın vasitəçiliyilə Azərbaycan, Ermənistan, Rusiya liderlərinin birgə bəyanatı imzalanaraq Ermənistanla Azərbaycan arasında 30 illik münaqişəyə son qoyuldu. Azad olunmuş ərazilərdə bərpa və geniş yenidənqurma işlərinə başlamışıq. Əminəm ki, bu işğal nəticəsində əziyyətlərə düçar olmuş məcburi köçkünlərimizi tezliklə həmin yerlərə qaytara biləcəyik”.

“Biz regionda sabitlik və rifah istəyirik. Biz müharibədən yox, sülhdən, gələcəkdən danışmaq istəyirik”, - S.Qafarova vurğulayıb




Facebook'da Paylaş