Mixeil Saakaşvilinin tərəfdarları Tbilisidə canlı zəncir yaradıb

23-11-2021, 17:36

Mixeil Saakaşvilinin tərəfdarları Tbilisidə canlı zəncir yaradıb

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində canlı zəncir təşkil olunub.
Ordum.az xəbər verir ki, keçmiş prezident Mixeil Saakaşvilinin tərəfdarları və ictimai fəalların qatıldığı simvolik aksiya “Qızılgül inqilabı”nın 18-ci ildönümünə həsr edilib.

Canlı zəncir Azadlıq meydanından keçmiş “Qızılgül”, indiki Birinci Respublika meydanına qədər uzanıb.

Əl-ələ tutan iştirakçılar "Mişa!" şüarı səsləndirərək M.Saakaşviliyə bu günə görə təşəkkür ediblər.

Aksiyanın məqsədi 23 noyabr tarixinin əhəmiyyətini və dəyərini xatırlatmaqdan ibarət olub.




Facebook'da Paylaş