Sekuta: “Azərbaycanın 44 günlük müharibədə qazandığı qələbə regiondakı vəziyyəti dəyişib”

6-11-2021, 10:59

Sekuta: “Azərbaycanın 44 günlük müharibədə qazandığı qələbə regiondakı vəziyyəti dəyişib”

“Azərbaycanın 44 günlük müharibədəki qələbəsi regionda dinamikanı dəyişdi, bu, “strateji zəlzələ” kimi oldu. Belə dəyişiklik hər şeyə yeni strateji baxışın yaranmasına gətirib çıxaracaq”.

Ordum.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta VIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər” mövzusunda paneldə deyib.

O qeyd edib ki, 30 ilə yaxın vaxtda davam edən münaqişə və işğal əhaliyə mənfi təsir göstərib, ona görə də ölkələr arasında sülhün bərqərar olmasının vaxtı çatıb.

Sabiq səfir region ölkələri arasında münasibətlərin yaxşılaşdırılmasında ABŞ və digər ölkələrin əhəmiyyətini də vurğulayıb.




Facebook'da Paylaş