Milli Qəhrəman Şövqiyar Abdullayevin xatirəsi anılıb

29-08-2022, 12:53

Milli Qəhrəman Şövqiyar Abdullayevin xatirəsi anılıb

Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi, əfsanəvi tank komandiri Şövqiyar Abdullayevin xatirəsi anılıb.

Ordum.az xəbər verir ki, Milli Qəhrəmanın anım günü ilə əlaqədar olaraq Ş.Abdullayevin məzarının yerləşdiyi Şəhidlər Xiyabanı ziyarət olunub, onun və digər şəhidlərin xatirəsi anılıb.

Mərasimdə şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər.

Şəhidin qardaşı Elcan Abdullayev Şövqiyar Abdullayevin bugünkü gənclərə qəhrəmanlığı ilə örnək bir şəxs olduğundan bəhs edib:

“İkinci Qarabağ müharibəsi dövründə elə Şövqiyar yaşda olan uşaqlar, igidlər topaqlarımızı azad etdilər. Allah şəhidlərimiz rəhmət eləsin. Biz qürurluyuq ki, Şövqiyar kimi qardaşımız var”.




Facebook'da Paylaş