Qazi: "Yaralı hərbçini ərazidən çıxaran zaman özüm də yaralandım

19-07-2022, 14:48

Qazi: "Yaralı hərbçini ərazidən çıxaran zaman özüm də yaralandım

“Vətən müharibəsi başlayanda mən hərbi xidmətdə idim. Elə oradan kəşfiyyat bölüyünün tərkibində aktiv döyüşlərə qatılmışam”.

Ordum.az xəbər verir ki, bunu “report”a açıqlamasında 23 yaşlı Vətən müharibəsi qazisi Elvin Rəsulov deyib.

O bildirib ki, Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut və Daşaltı uğurunda gedən döyüşlərdə aktiv iştirak edib:

“Daşaltıda, Topxana meşəsində döyüş tapşırığını yerinə yetirərkən düşmənin minaatandan atılan atəş nəticəsində yaralanmışam. Bizdən arxadan gələn dəstək qrupunun yerini müəyyənləşdirən düşmən onları atəşə tutmuşdu. Bizə tapşırıq verildi ki, yaralıları və şəhidləri döyüş meydanından çıxardıqdan sonra tapşırığın icrasına yollanaq. Elə orada yaralı hərbçini çiynimdə ərazidən çıxaran zaman yaralandım. Xoşbəxtlikdən xəsarətim çox ciddi olmadı. Düzü, ayağımı itirmək təhlükəm var idi, amma həkimlərin sayəsində saxlanılmasına qərar verildi. Üç dəfə əməliyyat olunmuşam. Hazırda ayağımda mil var. Sümüyüm zəif olduğu və o günlərdən xatirə qalmasını istədiyim üçün çıxartmaq istəmirəm”.




Facebook'da Paylaş