Vətən müharibəsinin daha iki qazisi əməliyyat olunub

16-07-2022, 20:39

Vətən müharibəsinin daha iki qazisi əməliyyat olunub

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda Vətən müharibəsinin daha iki qazisi - Elvin Tağızadə və Qulu Ağaşov əməliyyat olunub.

Bu barədə Ordum.az-a TƏBİB-dən bildirilib. İnstitutun direktoru Dr. Elviz Qasımovun rəhbərliyi ilə hər iki əməliyyat travmatoloq-cərrah Kamil Eyvazov tərəfindən icra edilib.

Müharibə zamanı Elvin Tağızadənin baldır və bud nahiyələri qəlpə ilə yaralanıb. Onun baldır nahiyəsində sümük qısalığı, əzələ və damar sinir paketində isə zədələnmə olub. Eyni zamanda, onun pəncə nahiyəsində sinir zədələnməsi səbəbilə “sallanmış ayaq” sindromu yaranıb. Xəstəyə aşıq-baldır oynağının artrodez əməliyyatı və ayaq deformasiyasının ləğvi əməliyyatı icra edilib. Əməliyyat uğurla nəticələnib və ayağının deformasiyası tam olaraq aradan qaldırılıb.

Qulu Ağaşov isə bud nahiyəsindən qəlpə ilə yaralanıb. Aşağı ətrafda oturaq sinir zədələnməsi səbəbilə ayaq nahiyəsində deformasiya baş verib. Eləcə də müayinə zamanı ayağının orta hissəsində yarımçıxıq olduğu da bəlli olub. Əməliyyatı uğurla baş tutub və ayağının deformasiyası tamamilə aradan qaldırılıb.




Facebook'da Paylaş