Əlillik təyin edilən qazilərin sayı açıqlanıb

13-12-2021, 12:37

Əlillik təyin edilən qazilərin sayı açıqlanıb

"Bu günə qədər Vətən müharibəsində yaralanmış, xəsarət almış və əlillik təyinatı aparılmış şəxslərin sayı 2 400 nəfərdir".

Ordum.az-ın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

"Daha 550-560 nisbətən ağır yaralı qazimiz var. Onların da müalicəsi davam edir. Bizim gördüyümüz odur ki, qazilərimizin böyük əksəriyyəti, hətta iki ayağı protez olanlar belə artıq aktiv idmanla məşğul olurlar. Biz onların bir çoxunu işə cəlb etmişik", - nazir vurğulayıb.




Facebook'da Paylaş