Azərbaycan XİN İsveçi təbrik edib

6-06-2022, 15:00

Azərbaycan XİN İsveçi təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi İsveçi təbrik edib.

Ordum.az xəbər verir ki, bu barədə qurumun tviterində qeyd olunub:

“İsveç Krallığının Milli Günü münasibətilə İsveç hökumətinə və xalqına ən xoş arzularımızı və səmimi təbriklərimizi çatdırırıq.

Milli Gününüz mübarək, İsveç!”

Qeyd edək ki, İsveç Milli Günü hər il iyunun 6-da qeyd olunur. Bayram 1983-cü ildə riksdaq (İsveç parlamenti) tərəfindən təsis edilib, bundan əvvəl İsveç Bayrağı Günü kimi qeyd olunurdu.




Facebook'da Paylaş