Aleksandr Lukaşenko Prezident İlham Əliyevə zəng edib

25-12-2021, 13:10

Aleksandr Lukaşenko Prezident İlham Əliyevə zəng edib

Dekabrın 25-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Ordum.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Aleksandr Lukaşenko dövlətimizin başçısını yubileyi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Belarus Prezidentinə təşəkkürünü bildirib.

Telefon söhbəti zamanı Azərbaycan-Belarus dostluq münasibətlərinin hərtərəfli inkişafından məmnunluq ifadə olunub və əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik bildirilib.

Dövlət başçıları əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.




Facebook'da Paylaş