Nazir azad edilən ərazilərdəki mədəniyyət abidələrinin durumundan danışıb

2-12-2021, 15:00

Nazir azad edilən ərazilərdəki mədəniyyət abidələrinin durumundan danışıb

"Keçən il oktyabrın axırından Prezident İlham Əliyevin təsis etdiyi monitorinq qruplarında Mədəniyyət Nazirliyinin əməkdaşları da iştirak edir”.

Ordum.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ötən il noyabr ayından etibarən monitorinqlər davam etdirilir: “Monitorinqlər nəticəsində işğaldan azad edilən ərazilərdə tarix mədəniyyət abidələrimiz, eləcə də mədəniyyət müəssisələrimiz aşkar edilir. Təxminən 400-ə yaxın mədəniyyət abidəsi, 160-a yaxın yeni tarixi mədəniyyət abidəsi aşkar edilib. Eyni zamanda 800-dən çox mədəniyyət müəsisəsinin yerləri müəyyənləşdirilib. Təəssüflər olsun ki, tarix mədəniyyət abidələri və müəsisələrin 90-95%-nin vəziyyəti acınacaqlıdır, demək olar ki, tamamilə dağıdılıb. Bu da bizim üzərimizə böyük öhdəlik qoyur ki, bunların hamısını yenidən bərpa edək. Eyni zamanda monitorinq nəticələri bitəndən sonra beynəlxalq təşkilatlara üz tutaq və Ermənistanı bu vəhşiliklərə görə sistematik və qəsdən Azərbaycan mədəni tarixi abidələrinin dağıdılmasına görə məsuliyyətə cəlb edilməsinə nail olaq”.




Facebook'da Paylaş