ARMQTİB 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə xalqımızı təbrik edib
Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi (ARMQTİB), Milli Qəhrəmanlar və Vətən müharibəsi Qəhrəmanları ailələri və birlik üzvləri adından 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident xanım Mehriban Əliyeva və bütün Azərbaycan xalqını təbrik edib.
ARMQTİB-nın Mətbuat xidmətinin yaydığı təbrikdə bildirilir: “Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi, eləcə də Milli Qəhrəmanlar və Vətən müharibəsi Qəhrəmanlarının ailə üzvləri və ictimai birlik üzvləri adından başda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya olmaqla bütün Azərbaycan xalqını 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik.
1991-ci ilin 18 oktyabrında Azərbaycan xalqı öz tarixi iradəsini nümayiş etdirərək dövlət müstəqilliyini bərpa etdi və azad, suveren, demokratik bir dövlətin təməllərini qoydu. Müstəqillik Azərbaycanın ən böyük sərvətidir və bu dəyərin qorunması və möhkəmləndirilməsi naminə göstərdiyiniz xidmətlər tariximizə qızıl hərflərlə yazılmışdır.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bu gün güclü, qalib və beynəlxalq aləmdə nüfuz sahibi olan bir dövlətə çevrilmişdir. Xüsusilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpası, xalqımızın qəhrəmanlıq ruhunun təntənəsi, şəhidlərimizin müqəddəs qanı və qazilərimizin fədakarlığı ilə yazılan şanlı tarixdir.
Biz, Milli Qəhrəmanların və Vətən müharibəsi Qəhrəmanlarının ailələri olaraq, daim dövlətimizin yanındayıq, Azərbaycanın daha parlaq gələcəyi naminə aparılan siyasəti dəstəkləyirik və Ali Baş Komandanın ətrafınızda sıx birləşməyə davam edirik.
Bu əlamətdar bayram günündə xalqımıza əmin-amanlıq, rifah və davamlı inkişaf arzulayırıq. Əbədi müstəqillik və güclü Azərbaycan naminə!”.
Facebook'da Paylaş