TƏBRİK EDİRİK!
CƏNAB POLKOVNİK-LEYTENANT, TƏBRİK EDİRİK!Bu gün gözəl ziyalı, uzun illərdi ətraflarda onu tanıyan, yardımına ehtiyacı olan hər kəsə təmənnasız xidmət göstərən
Elman həkimin doğum günüdür. Onu bu münasibətlə ailə üzvləri, iş yoldaşları, dostları, doğmaları təbrik edirlər. Sağlamlıq, uzun ömür və fəaliyyətində uğurlar arzulayırlar.
Biz də “Bütöv Azərbaycan” qəzetinin kollektivi olaraq qəzetimizin təəssübkeşi və redaksiyamızla daimi yaradıcılıq əməkdaşlığı edən qələm dostumuzu təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları diləyirik. Bir də arzu edirik ki, şirin qələmindən süzülən maraqlı, bəzən duzlu-məzəli, bəzən də kəskin satiralarını redaksiyamızın poçtundan əskik etməsin.
Əziz oxucular, fürsətdən istifadə edib öz geniş dünyagörüşü, nümunəvi davranışı və ləyaqətilə hamının rəğbətini qazanmış dostumuzu sizlərlə də tanış etmək istədik:Rüstəmov Elman Süleyman oğlu 26 iyul 1966- cı ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının Qafan rayonunun Aşağı Girətağ kəndində anadan olub. 1991-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib. 22 il Milli Orduda hərbi provizor kimi müxtəlif vəzifələrdə xidmət edib.
Ehtiyatda olan tibb xidməti polkovnik-leytenantıdır.
“Xoşbəxt günlərimin açı göz yaşları”, “Başkəsənlər”, “Anama məktub”, “Novruzda açılan atəş”, “Dürmək restoranı”, “Tanrı ürəklərdədir” və s. kitabların müəllifidir. E. Rüstəmovun hekayələri xarici ölkələrdə tərcümə olunaraq çap edilib. 2014-cü ildə “Qafqaz Media”-nın “Nurlu qələm” mükafatına layiq görülüb.
Hərbi Jurnalistlər Birliyinin tədbirlərinin təşkilində fəal iştirakına və göstərdiyi dəstəyə görə “Vətənoğlu” Fəxri Diplomu ilə təltif olunub.
Elman Rüstəmov doğrudan da əsl Vətənoğludur. Vətənoğlu, bir daha təbrik edirik!
Facebook'da Paylaş