“Azərbaycan xalqı öz ordusu ilə fəxr edir”

25-06-2024, 12:11


“Azərbaycan xalqı öz ordusu ilə fəxr edir. 44 günlük Bəyənmə müharibəsi bir daha göstərdi ki, ordumuz bu fəxrə layiqdir. Dövlət, xalq və ordu birliyi bizim şanlı Qələbəmizi təmin etdi”. Bu fikirləri saytımıza Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli saytımıza açıqlamasında bildirib.
Asif Əsgərli deyib ki, 1993-cü ildən bu yana Silahlı Qüvvələrdə aparılan islahatlar, təkmilləşmə öz müsbət nəticəsini verdi: “Ölkədə sabit inkişafın bünövrəsi qoyudu. 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Həmin illərdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynamışdır. Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Məhz Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir. Bu illər ərzində orduda çox ciddi döyüş hazırlığı işi aparılmışdır. Eyni zamanda Azərbaycan Ordusunun maddi-texniki bazası gücləndirilmişdir”.
O bildirib ki, ordumuz tam döyüşə hazır vəziyyətə gətilimişdi: “Və bu belə də oldu. Ali Baş Komandanın 2020-ci ilin sentyabrın 27-də verdiyi əmrlə milli ordumuz düşmən üzərinə ildırım sürətli hücuma keçdi. Ermənistan ordusu cəmi 44 gün Azərbaycan ordusu qarşısında tab gətirə bildi. Ulu öndər Heydər Əliyevin arzuları 27 ildən sonra reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. Azərbaycan bu gün, həmçinin öz Silahlı Qüvvələrinin gücü ilə dünyada tanınır”.




Facebook'da Paylaş