Masallının şəhid oğlu

5-03-2024, 15:47

Masallının şəhid oğlu

Orucov Natiq Əliyar oğlu 1973-cü ilin 5 mart tarixində Masallı rayonunun Qasımlı kəndində anadan olmuşdur. Atası - Orucov Əliyar Poladxan oğlu (1947-2006), babası - Böyük Vətən müharibəsi iştirakçısı - Orucov Poladxan Yahya oğlu (1917-1995) olmuşdur. Natiq Orucov 1991-ci ildə Yeddioymaq kənd məktəbini bitirmiş, orta təhsil aldıqdan sonra ordu sıralarına getmiş, 730 nömrəli Gəncə batalyonunda xidmət etmişdir. Həmin vaxt Azərbaycan ilə Ermənistan arasında Qarabağ münaqişəsi başlanmışdır. Döyüşlər olduqca gərgin vəziyyət almışdı. Ağdərə rayonunun ona yaxın kəndinin ermənilərdən təmizlənməsində fəal iştirak etmiş və döyüşlərdə zəfər qazanmışdır.
1992-ci il sentyabrın 22-də Ağdərə bölgəsində, Çıldıran kəndi uğrunda gedən döyüşdə, səngərdə ağır yaralanır. Ağrı ona aman vermir ki, vermir. Axır ki, onu səngərdən Tərtər hospitalına gətirirlər. Həmin qızğın döyüşdən 5 gün sonra sentyabrın 27-də Natiq işıqlı dünyaya əlvida dedi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyun 1993-cü il tarixli qərarı ilə Natiq Əliyar oğlu Orucovun bir zaman təhsil alıdığı Masallı rayonundakı 1 nömrəli Şıxlar kənd məktəbinə onun adı verilmişdir. Adına məktəbdə guşə yaradılmışdır. Natiq Orucov haqqında "Masallının şəhid oğulları" kitabında şəkli və haqqında məqalə çapdan çıxmış, mətbuat səhifələrində yazılar dərc edilmişdir. Məzarı Şıxlar kənd qəbristanlığındadır. Allah rəhmət eləsin! (Mənbə: Qasımlı kəndi I kitab, Mehdi Fəyyazlı)


Murmansk Vilayəti İctimai Təşkilatı "Azərbaycan Mədəniyyət Mərkəzi"nin sədr müavini - Fəyyazlı Mehdi Afiq oğlu




Facebook'da Paylaş