Bənzər yazılar
Avropa Birliyindən (AB) Türkiyəyə verdiyi sözləri tutmasını, ayrı-seçkilik etməməsini istəyirik.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan bildirib.
O qeyd edib ki, AB-dən heç olmasa, Türkiyəyə qarşı açıq-aşkar düşmənçilik edənlərə alət olmamalarını gözləyir:
“Özümüzü başqa yerdə deyil, Avropada görürük. Gələcəyimizi Avropa ilə birlikdə qurmağı təsəvvür edirik. Eyni zamanda, bütün regional və qlobal məsələlərin həlli üçün ABŞ-la uzun və yaxın müttəfiqlik münasibətlərimizdən fəal şəkildə istifadə etmək istəyirik.
Həmçinin, Rusiya və İran kimi köklü tarixi münasibətlərimiz olan ölkələri də heç vaxt gözardı edə bilmərik”