Bənzər yazılar
“Ermənistan danışıqlar prosesi zamanı gözləniləndən çox ərazini Azərbaycana qaytarmalıdır. Bu, Ermənistan üçün sarsıdıcı bir məğlubiyyətdir”.
Bunu həftəlik “Agos” qəzetinin baş redaktoru Eduard Tandzikyan “Qraparak” nəşrinə verdiyi müsahibədə deyib.
Dağlıq Qarabağ bölgəsində baş verən hərbi əməliyyatları şərh edən jurnalist bildirib ki, Ermənistanın gələcəyi qeyri-müəyyəndir: “Bu vəziyyət Ermənistanın məğlubiyyətinə dəlalət edir. Digər tərəfdən, Ermənistan bəzi bölgələri hələ də qaytarmalı olduğunu bilməlidir”.
Tandzikyan təkcə Paşinyanı günahkar hesab etmir. Onun sözlərinə görə, baş verənlərdən əvvəlki hökumət də cavabdehdir. O, Azərbaycan ordusu ilə mübarizənin Ermənistan üçün çox çətin olduğunu bildirib.