Azad edilmiş ərazilərdə daha bir kütləvi məzarlıq aşkarlanıb

4-10-2022, 16:04

Azad edilmiş ərazilərdə daha bir kütləvi məzarlıq aşkarlanıb


İşğaldan azad edilən Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlıq aşkar edilib.
Ordum.az-ın verdiyi xəbərə görə, məzarlıqda 12 nəfərə aid qalıqların üzərlərində və ətrafda tapılan əşyalardan onların hərbçi olduğu ehtimal edilir.
Bundan başqa, aşkarlanan qalıqlardan görünür ki, həmin şəxslər ölməzdən əvvəl əlləri və ayaqları məftil və ya kəndirlə bir-birlərinə bağlanıb.
Hazırda müvafiq qurumların nümayəndələri və KİV təmsilçiləri kütləvi məzarlığa baxış keçirir.








Facebook'da Paylaş