Bu gün Putin Səmərqənd şəhərində İlham Əliyev və Ərdoğanla görüşəcək

16-09-2022, 09:00

Bu gün Putin Səmərqənd şəhərində İlham Əliyev və Ərdoğanla görüşəcək

Bu gün Rusiya Prezidenti Vladimir Putin Özbəkistan Respublikasının Səmərqənd şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının dövlət başçılarının Zirvə görüşü çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşəcək.

Bu barədə Ordum.az “TASS”a istinadən xəbər verir.

Rusiya Prezidenti cümə günü (16 sentyabr – Red) bir sıra görüşlərə Hindistanın Baş naziri Narendra Modi ilə ikitərəfli danışıqlara başlayacaq. Sonuncu dəfə liderlər 2021-ci ilin dekabrında Putinin Yeni Dehli səfəri zamanı şəxsən görüşüblər.

Səmərqənddə onlar Rusiya ilə Hindistan arasında xüsusilə imtiyazlı strateji tərəfdaşlığın təşviqi məsələlərini müzakirə etmək niyyətindədirlər. İlk növbədə, qarşılıqlı ticarət axınının artırılması, Hindistan bazarının Rusiya gübrələri ilə təmini, qarşılıqlı ərzaq tədarükünün təmin edilməsi istiqamətində addımların nəzərdən keçirilməsi planlaşdırılır.




Facebook'da Paylaş