Şarl Mişel və İlham Əliyev Brüsseldə keçiriləcək görüşün gündəliyinə aid məsələləri müzakirə edib

30-08-2022, 15:51

Şarl Mişel və İlham Əliyev Brüsseldə keçiriləcək görüşün gündəliyinə aid məsələləri müzakirə edib

Avqustun 30-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Ordum.az-ın xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

Telefon danışığı əsnasında Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi və Avropa İttifaqının təşkilatçılığı ilə avqustun 31-də Brüsseldə keçiriləcək görüşün gündəliyinə aid məsələlər müzakirə olunub.




Facebook'da Paylaş