Prezident İlham Əliyev Azərbaycanın və Serbiyanın uğurla əməkdaşlıq etdiyini vurğulayıb

21-08-2022, 17:04

Prezident İlham Əliyev Azərbaycanın və Serbiyanın uğurla əməkdaşlıq etdiyini vurğulayıb

Prezident İlham Əliyev Azərbaycanın və Serbiyanın uğurla əməkdaşlıq etdiyini vurğulayıb.

Ordum.az xəbər verir ki, Azərbaycanın dövlət başçısı bu barədə Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçlə telefon danışığında bildirib.

Prezident İlham Əliyev ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə Serbiya Prezidentini təbrik etdi, müxtəlif sahələrdə əməkdaşlığın inkişafından məmnunluğunu bildirdi. Dövlətimizin başçısı Azərbaycanın və Serbiyanın ikitərəfli və çoxtərəfli əsaslarda, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyini vurğuladı.




Facebook'da Paylaş