Ukraynada öldürülən Rusiya hərbçilərinin sayı 45 min nəfəri ötüb

21-08-2022, 13:39

Ukraynada öldürülən Rusiya hərbçilərinin sayı 45 min nəfəri ötüb

Ukraynada müharibə başlayandan bu günə kimi Rusiya ordusu 45 200 əsgərini itirib.

Bu barədə Ordum.az Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının feysbuk səhifəsinə istinadən xəbər verir.

Qeyd edilir ki, ötən gün ərzində Ukrayna Silahlı Qüvvələri Rusiyanın daha 300 hərbçisini zərərsizləşdirib. Rusiya qoşunu son gündə ən böyük itkini Donetsk və Nikolayev şəhərləri istiqamətlərində verib.

Eyni zamanda Rusiya ordusu müharibə ərzində 1 912 tank, 4 224 zirehli döyüş maşını, 1 028 artilleriya sistemi, 197 helikopter, 234 təyyarə və s. itirib.




Facebook'da Paylaş