MN: "Beynəlxalq Ordu Oyunları-2022" yarışlarında Azərbaycan pavilyonuna maraq böyükdür

16-08-2022, 15:23

MN: "Beynəlxalq Ordu Oyunları-2022" yarışlarında Azərbaycan pavilyonuna maraq böyükdür

“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Rusiya Federasiyası Moskva şəhərinin Alabino poliqonunda təşkil olunan “Dostluq evi”ndə yaradılmış Azərbaycan pavilyonu ziyarətçilərdə böyük maraq doğurur.

Bu barədə Ordum.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Oyunlarda iştirak edən nümayəndələr və qonaqlar sərginin Azərbaycana aid bölməsində ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri, eləcə də məişətinə aid nümayiş olunan ekspozisiyaları maraqla izləyirlər.




Facebook'da Paylaş