Sülhməramlılar alternativ yola keçirilir

5-08-2022, 23:20

Sülhməramlılar alternativ yola keçirilir

Sülhməramlılar alternativ yola keçirilir
Azərbaycan ərazisindəki Rusiya sülhməramlıları Laçın dəhlizinə alternativ yola dislokasiya olunacaqlar.
Bu barədə Azərbaycanın dövlət başçısı avqustun 5-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığında bildirib.
Dövlətimizin başçısı üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq Rusiya Müdafiə Nazirliyi ilə əldə olunmuş razılaşmaya əsasən Laçın dəhlizinə alternativ yeni yolun marşrutunun müəyyən edildiyini, Azərbaycan tərəfindən bu yolun inşasının yekunlaşmaq üzrə olduğunu və yolun tikinti işləri bitəndən sonra Rusiya sülhməramlı qüvvələrinin də həmin yola dislokasiya olunacağını vurğulayıb.




Facebook'da Paylaş