Qubadlı rayonu Gorusdan artilleriya atəşinə tutulur

24-10-2020, 12:05

Qubadlı rayonu Gorusdan artilleriya atəşinə tutulur
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordum.az-a verilən məlumata görə, Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulur.
Döyüş mövqelərini itirərək geri çəkilməyə məcbur edilən düşmən Ermənistanın Gorus rayonu istiqamətindən Azərbaycanın Qubadlı rayonunun ərazisini artilleriya atəşinə tutur. Ermənistan tərəfinin bu təxribatı törətməkdə məqsədi Azərbaycan Ordusunu cavab tədbirləri görməyə təhrik etməkdir.




Facebook'da Paylaş