Elçin Əmirbəyov: Ermənistan işğal bölgəsindən öz qoşunlarını çıxarmasa...

14-10-2020, 17:50

Elçin Əmirbəyov: Ermənistan işğal bölgəsindən öz qoşunlarını çıxarmasa...
Birinci vitse-prezidentinin köməkçisi: Ermənistan işğal bölgəsindən öz qoşunlarını çıxarmasa...
"Təəssüf ki, beynəlxalq ictimaiyyətin Ermənistanın törətdiyi müharibə cinayətlərinə qarşı kifayət qədər reaksiyası yoxdur. Siz Gəncədə Ermənistanın beynəlxalq müharibə cinayəti törətdiyinin şahidi oldunuz".
Bu sözləri oktyabrın 14-də Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov xarici ölkələrin səfirləri, Azərbaycanda akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə söyləyib.
Elçin Əmirbəyov deyib ki, Azərbaycan öz əhalisinin təhlükəsizliyini təmin etmək üçün lazımi qabaqlayıcı addımlar atmağa hazırdır. Ermənistan atəşkəs rejiminə əməl etməli, işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmalıdır. Yalnız bu halda münaqişə sülh yolu ilə öz həllini tapacaq. Sülh yolu ilə də olmasa, Azərbaycan hərbi yolla öz ərazisini işğaldan azad edəcək.




Facebook'da Paylaş